BAKI, 8 dek — Sputnik. "Türkiyəyə verdiyimiz 48 saatlıq müddət bu gün başa çatır". Bunu İraqın xarici işlər naziri İbrahim Əl Cəfəri, jurnalistlərə açıqlamasında deyib. Türkiyənin Mosula qoşun yeritməsinin qəbuledilməz olduğunu təkrarlayan Cəfəri, Ankaraya verdikləri möhlətin bugün axşam başa çatacağını yada salıb.
"Əgər türk ordusu İraqı tərk etməsə, biz bu məsələni BMT Təhlükəsizlik şurasının gündəminə salacağıq" deyə nazir vurğulayıb.
Türkiyə, İraqın şimalında təhlükəsizliyi qorumaq və İŞİD-lə döyüşən silahlılara təlim keçmək məqsədilə bölgəyə yüzlərlə əsgər və ağır zirehli texnika göndərmişdi.