Bakı, 8 dek — Sputnik. Azərbaycan türkiyəli iş adamı barəsində beynəlxalq axtarış elan edib.
Sputnik-in APA-ya istinadən verdiyi məlumata görə, bu barədə İnterpolun saytında məlumat yerləşdirilib.
Məlumatda qeyd olunur ki, 28 yaşlı Əşrəf Taş vergidən yayınma və qanunsuz sahibkarlıqda təqsirləndirilir. O, Azərbaycanı tərk etdiyi üçün barəsində dövlətlərarası axtarış elan edilib və saxlanılması üçün İnterpola müraciət olunub.
Məlumata görə, Əşrəf Taş Azərbaycanda biznes fəaliyyəti ilə məşğul olub.
Qeyd edək ki, son vaxtlar Azərbaycan hüquq-mühafizə orqanları ölkədə sahibkarlıqla məşğul olmuş daha bir neçə türkiyəli iş adamı barəsində də beynəlxalq axtarış elan edib.
Onların hamısı vergidən yayınmada ittiham olunur.