BAKI, 7 dek-Sputnik. Ceyhun Məmmədov "Azpetrol LTD" MMC-nin baş direktoru vəzifəsinə təyin edilib.
Sputnik xəbər verir ki, bunu Trend-ə şirkətdən bildiriblər.
C.Məmmədov 1999-cu ildən şirkətdə müxtəlif vəzifələrdə çalışır.
O, bu təyinatadək şirkətin Əməliyyat departamentinin rəhbəri olub.
"Azpetrol" şirkətinin əvvəlki baş direktoru Hüseynağa Rəhimov elmi işini davam etdirmək üçün öz xahişi ilə bu ilin 5 dekabrında vəzifəsindən azad edilib.