BAKI, 7 dek —Sputnik. Ukrayna prezidenti Pyotr Poroşenko Fransanın paytaxtı Parisdə keçirilən 21-ci BMT İqlim Dəyişikliyi Konfransı çərçivəsində Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanla keçirdiyi görüşün detallarını telekanallara açıqlayıb.
"Ərdoğanla görüşümüz 1,5 saat çəkdi. Bu müddətdə pomidorlar və mandarinlərdən başqa hər şeyi danışdıq" — deyə Poroşenko Ukrayna telekanallarına bildirib.
"İkitərəfli səmərəli bir görüş keçirmək istədik. Bu məqsədlə də enerji, mühəndislik, tranzit, təhlükəsizlik, müdafiə sahəsində görə biləcəyimiz birgə işlərdən, əməkdaşlıqdan danışdıq" — deyə Poroşenko əlavə edib.
Poroşenko, Ukrayna ilə Türkiyə arasındakı etimad və dialoqun çox yüksək səviyyədə olduğunu vurğulayıb.