CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

İtkin düşənlərdən 6 nəfərin cəsədi tapılıb

© fhn youtubeGünəşli yatağında yanğının söndürülməsi
Günəşli yatağında yanğının söndürülməsi - Sputnik Azərbaycan
Abunə olmaq
Tağıyev Fuad Tahir oğlu və Mahmudov Ağa İzzət oğlunun cəsədləri sahilə çatdırılaraq aidiyyəti üzrə təhvil verilib. Digər 4 cəsəd isə yaxın vaxtlarda sahilə çatdırılacaq.

BAKI, 7 dek-Sputnik. SOCAR-ın "Günəşli" yatağındakı 10-cu dərin dəniz özülündə baş verən yanğın nəticəsində itkin düşən 29 nəfərdən 3-nün cəsədi tapılıb.

Sputnik xəbər verir ki, bu barədə "Azneft" İstehsalat Birliyindən məlumat verilib.

Fövqəladə Hallar Nazirliyinin (FHN) məlumatında isə bildirilir ki, bu gün saat 13:20 radələrində qəza baş vermiş özüldən 65-70 km məsafədə FHN-in helikopterləri dənizdə 6 nəfərin cəsədini aşkar edib, cəsədlər helikopterin göyərtəsinə qaldırılıb.

Bunlardan Tağıyev Fuad Tahir oğlu və Mahmudov Ağa İzzət oğlunun cəsədləri sahilə çatdırılaraq aidiyyəti üzrə təhvil verilib. Digər 4 cəsəd isə yaxın vaxtlarda sahilə çatdırılacaq. Axtarış əməliyyatı davam etdirilir.

Xəbər lenti
0