CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

Xəsarət alanlara və itkin düşənlərin ailələrinə sığorta ödəniləcək

© pasha-holding.azPaşa Holdinq
Paşa Holdinq - Sputnik Azərbaycan
Abunə olmaq
"PAŞA Həyat Sığorta" şirkəti: "Günəşli" yatağındakı qəzada xəsarət alanlar və itkin düşənlərin ailələrinə sığorta ödənişinin verilməsi üçün siyahı dəqiqləşdirilir.

BAKI, 7 dek-Sputnik. Dekabrın 4-də "Günəşli" yatağındakı 10 saylı dərin dəniz özülündə baş vermiş yanğında xəsarət alanlar və itkin düşənlərin ailələrinə sığorta ödənişinin verilməsi üçün siyahı dəqiqləşdirilir.

Sputnik xəbər verir ki, bu barədə "APA-Economics"ə "PAŞA Həyat Sığorta" şirkətinin sözçüsü Elnur Hüseynquliyev məlumat verib.

Hüseynquliyevin sözlərinə görə, hazırda SOCAR-ın müvafiq idarələri ilə birlikdə məlumatlar toplanılır: "Siyahı dəqiqləşdirilir, ödənişlərin verilməsi ilə bağlı hesablamalar aparılır. Hadisədən zərər çəkənlərin hamısına sığorta ödənişi veriləcək".

SOCAR-ın əməkdaşlarının "İstehsalatda bədbəxt hadisələr və peşə xəstəliklərindən icbari sığortasını "PAŞA Həyat Sığorta" şirkəti həyata keçirib.

"Günəşli" yatağındakı 10-cu dərin dəniz özülündə yanğın baş verib. Nəticədə 1 nəfər həlak olub, 29 nəfər itkin düşüb, 33 nəfər isə xilas edilib.

Xəbər lenti
0