CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

KİV-dəki müəmmalı rəqəmlərə aydınlıq gətirildi

© socar.azSOCAR ГНКАР
SOCAR ГНКАР - Sputnik Azərbaycan
Abunə olmaq
Nizaməddin Quliyev: Hadisə zamanı platformada olan işçilərin sayı barədə səsləndirilən müxtəlif rəqəmlərin heç bir əsası yoxdur.

BAKI, 7 dek — Sputnik. Təəssüf edirəm ki, KİV-də Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin (SOCAR) "Günəşli" yatağındakı 10 saylı dərin dəniz özülündə baş vermiş qəza və yanğının nəticələri ilə bağlı əsassız məlumatlar yer almaqdadır. Hadisə zamanı platformada olan işçilərin sayı barədə səsləndirilən müxtəlif rəqəmlərin heç bir əsası yoxdur.

Bunu Sputnik-ə açıqlamasında SOCAR-ın mətbuat xidmətinin rəhbəri Nizaməddin Quliyev bildirib.

O, bir daha bəyan edib ki, hadisə baş verən zaman platformada 63 içşi olub. Azərbaycan Respublikası Dövlət Neft Şirkəti, Fövqəladə Hallar Nazirliyi və Respublika Baş Prokurorluğunun birgə məlumatı verilən zaman orada 32 nəfərin təxliyə olunduğu, 1 nəfərinsə cəsədinin çıxarıldığı bildirilirdi. Bu məlumatdan sonra daha 1 nəfər təxliyə olunub. 29 nəfər isə itkindir." 

Xəbər lenti
0