ABŞ prezidenti: Terrorla savaş ABŞ-la islam arasındakı savaş deyil

© sputnik.azBarak Obama - ABŞ prezidenti
Barak Obama - ABŞ prezidenti - Sputnik Azərbaycan
Abunə olmaq
Barak Obama: Terrorla mübarizədə müsəlman icmalarını müttəfiq kimi görmək vacibdir.

BAKI, 7 dek-Sputnik. ABŞ prezidenti Barak Obama ötən həftə Kaliforniyanın San Bernardino şəhərində 14 nəfərin terrorçular tərəfindən qətlə yetirilməsi ilə bağlı xalqa müraciət edib.

Sputnik-in xəbərinə görə, Barak Obama ABŞ telekanalları ilə canlı yayımlanan çıxışında deyib ki, bu hadisə günahsız insanları öldürməyə yönəlmiş terror aktıdır. "Azadlıq qorxudan daha güclüdür" — deyən ABŞ prezidenti qeyd edib ki, belə bir vaxtda Amerika xalqının bölünməsi radikallara sərf edər.

Obama ABŞ-da silahlanma ilə bağlı qanunvericiliyi tənqid edərək ölkə daxilində insanların silah əldə etməsini çətinləşdirməyin zəruriliyini vurğulayıb. O, ABŞ-ın dəyişən terror təhdidinin öhdəsindən gələcəyini söyləyib. Bu mübarizədə müsəlman icmalarını müttəfiq kimi görməyin vacibliyinə diqqət çəkib: "Bunun ABŞ-la islam arasındakı savaş kimi qiymətləndirilməsinə imkan vermərik".

ABŞ prezidenti hansı ölkədə olursa olsun, ABŞ ordusunun terrorçuları təqib edəcəyini və ölkə daxilində təhlükəsizlik tədbirlərinin gücləndiriləcəyini də əlavə edib. O, ABŞ-ın rəhbərliyi ilə beynəlxalq ictimaiyyətin Suriyada atəşkəsə nail olunması və problemin siyasi yolla həlli prosesinə başladığını deyib: "Bu, Suriya xalqına, eləcə də bizim müttəfiqlərimizə və Rusiya kimi ölkələrə ümumi məqsədə — İŞİD-in məhvinə diqqəti cəmləşdirməyə kömək edəcək".

Xəbər lenti
0