İtkin düşən 29 nəfəri tapmaq mümkün olmayıb

© QafqazinfoGünəşli yatağında yanğın
Günəşli yatağında yanğın - Sputnik Azərbaycan
Abunə olmaq
Balamirzə Ağarəhimov: SOCAR-ın "Günəşli" yatağındakı 10-cu dərin dəniz özülündə baş verən yanğın sabahadək söndürüləcək.

BAKI, 6 dek — Sputnik. SOCAR-ın "Günəşli" yatağındakı 10-cu dərin dəniz özülündə baş verən yanğın sabahadək söndürüləcək.

Sputnik xəbər verir ki, bunu SOCAR-ın "Azneft" İstehsalat Birliyinin baş mühəndisi Balamirzə Ağarəhimov faciə ilə bağlı təşkil olunan operativ brifinqdə bildirib.

"Saat 17:00-a olan məlumata görə, bütün cəhdlərə baxmayaraq, itkin düşən 29 nəfəri tapmaq mümkün olmayıb. Hazırda Fövqəladə Hallar Nazirliyinin və "Gənclik" İdarəsinin gəmiləri və vertolyotları axtarışları davam etdirir", — deyə Ağarəhimov bildirib.

Baş mühəndis deyib ki, platformada yanğının söndürülməsi üçün əlavə qüvvələr cəlb olunub. "Xəzər Dəniz Gəmiçiliyi" QSC-yə məxsus gəmi sahəyə gətirilib. "Gəminin üzərinə əlavə texnika qurulub. Artıq mütəxəssislərimiz özülün üzərinə qalxa bilib və hadisəni qiymətləndirirlər. Bundan başqa, müvafiq iş planı hazırlanıb. Texnika yüksək təzyiqli su ilə təmin olunur. Bu gecə və ya sabaha qədər yanğını söndürmək mümkün olacaq" — deyə o qeyd edib.

Xəbər lenti
0