Автомобильная авария, фото из архива - Sputnik Azərbaycan
HADİSƏ
Azərbaycanda və dünyada baş verən insident, olay və qəzalar

Atamın vəziyyəti ağırdır

© Photo : APATəcili yardım
Təcili yardım - Sputnik Azərbaycan
Abunə olmaq
"Günəşli" yatağının 10-cu dərin dəniz özülündə baş vermiş faciə zamanı yanıq xəsarəti alan 53 yaşlı Bəxtiyar Ələkbərovun oğlu: Həkimlər sadəcə səbr etməyimizi məsləhət görürlər.

BAKI, 6 dek-Sputnik. Atamın vəziyyəti ağırdır. Üzü bütünlüklə yanıb. Həkimlər sadəcə səbr etməyimizi məsləhət görürlər.

Bu sözləri Sputnik-ə "Günəşli" yatağının 10-cu dərin dəniz özülündə baş vermiş faciə zamanı yanıq xəsarəti alan 53 yaşlı Bəxtiyar Ələkbərovun oğlu deyib. O, atasının hansı şəraitdə belə ağır xəsarət aldığı barədə heç bir məlumatı olmadığını deyib.

Bəxtiyar Ələkbərov "Günəşli" yatağının 10-cu dərin dəniz özülündə baş vermiş yanğın və qəza nəticəsində təxliyə olunan 31 nəfərdən biridir. O, ağır dərəcəli bədən xəsarətləri və yanıq diaqnozu ilə Mərkəzi Neftçilər Xəstəxanasının Təcili Tibbi Yardım Xidmətinə gətirilib. Daha sonra o, Respublika Yanıq Mərkəzinə göndərilib. Hazırda Yanıq Mərkəzində onun həyatının xilas edilməsi üçün müvafiq addımlar atılır.

Xəbər lenti
0