Bakı, 6 dek — Sputnik. “Həmən gün külək idi. Özülün şimal hissəsində yerləşən kəmərlərdə qırılma oldu. Külək Şimal-qərb istiqamətində olduğundan, tez bir zamanda platformanı alov bürüdü və bu bədbəxt hadisə baş verdi”-, bu sözləri “Sputnik”ə açıqlamasında qəza baş verən platformanın rəisi Allahverdi Məmmədov deyib.
Mərkəzi Neftçilər Xəstəxanasında müalicə alan A.Məmmədov daha sonra bildirib:
“O zaman özüldə 63 nəfər var idi. Biz insanları qayıqlara mindirərək platformanın aşağısına saldıq ki, tüstüdən xilas olsunlar. Qayığa mindirəndən sonra rəhbərliyə məlumat verdik. Dalğa böyük olduğundan onlar yaxına gələ bilmirdilər”
Xəstəxanıln növbətçi cərrahı Adil Hüseynovun sözlərinə görə, dünəndən bəri 31 nəfər müraciət edib. Onlardan 22-nə ilk ambulator köməyi göstəriləcək evə buraxılıb, 8-i iə xəstəxanada yatır. 1 nəfəq yanıq şöbəsinə köçürülüb. Xəstəxanada olan 8 nəfər müxtəlif dərəcəli xəsarətlər alıb. Hazırda vəziyyətləri stabildir, bir xəstə sağ bazu sümüyündən əməliyyat olunub.
Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin "Günəşli" yatağının 10 saylı stasionar dərin dəniz özülündə baş vermiş qəza nəticəsində həlak olanların xatirəsini yad etmək məqsədi ilə Azərbaycan Respublikasında matəm elan edilməsi haqqında Azərbaycan Respublikası Prezidenti İlham Əliyev sərəncam verib.