BAKI, 6 dek-Sputnik. Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan Azərbaycan prezidenti İlham Əliyevə zəng edib.
Sputnik prezident.az saytına istinadən xəbər verir ki, Türkiyə prezidenti "Günəşli" yatağında baş vermiş qəza nəticəsində insanların həlak olması ilə bağlı dövlət başçısına, mərhumların ailə üzvlərinə və yaxınlarına başsağlığı verib.
Azərbaycan Prezidenti göstərilən diqqətə və başsağlığına görə minnətdarlığını bildirib.