CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

Yanan platforma rəisindən acı etiraf: Neftçilərə əmr verdim ki...

© QafqazinfoGünəşli yatağında yanğın
Günəşli yatağında yanğın - Sputnik Azərbaycan
Abunə olmaq
Allahverdi Məmmədov: Həyatını itirənlərin hamısı mənim üçün doğma və əzizdir.

BAKI, 6 dek — Sputnik. "Neftçilərə əmr verdim ki, telefonları söndürsünlər. Çünki enerji batareyalarına qənaət etməli idik ki, rəhbərliklə tez-tez əlaqə qura bilək".

Bunu Sputnik-ə açıqlamasında yanan platformanın rəisi Məmmədov Allahverdi deyib. Onun sözlərinə görə, qəza olan gün hava həddindən artıq pis idi, güclü dalğa var idi. Külək Şimal-qərb istiqamətində olduğundan, tez bir zamanda platformanı alov bürüdü və bu bədbəxt hadisə baş verdi. "Fəhlələri qayıqlara mindirərək platformanın aşağısına saldıq ki, tüstüdən xilas olsunlar. Onları qayığa mindirəndən sonra rəhbərliyə məlumat verdik. Dalğa böyük olduğundan xilasedicilər yaxına gələ bilmirdilər" — deyə platforma rəisi əlavə edib.

Həyatını itirənlərin hamısının onun üçün doğma və əziz olduğunu deyən Allahverdi Məmmədov, bir daha belə faciənin baş verməməsini arzuladı.

Xəbər lenti
0