Автомобильная авария, фото из архива - Sputnik Azərbaycan
HADİSƏ
Azərbaycanda və dünyada baş verən insident, olay və qəzalar

Səhiyyə naziri Oqtay Şirəliyev MNX-də yaralılara baş çəkib

© APAMərkəzi Neftçilər Xəstəxanası
Mərkəzi Neftçilər Xəstəxanası - Sputnik Azərbaycan
Abunə olmaq
Leyla Seyidbəyli: SOCAR-ın vitse-prezidenti Bədəl Bədəlov yaralıları diqqətdə saxlayır.

BAKI, 6 dek-Sputnik. Səhiyyə naziri Oqtay Şirəliyev "Günəşli" yatağının 10-cu dərin dəniz özülündə baş vermiş yanğın və qəza nəticəsində təxliyə olunan yaralıların vəziyyətini diqqətdə saxlamaq üçün Mərkəzi Neftçilər Xəstəxanasına gəlib.

Bu barədə məlumatı Sputnik-ə Mərkəzi Neftçilər Xəstəxanasının baş direktoru Leyla Seyidbəyli verib.  O, yaralıların xəstəxanaya gətirilməsi, müayinə və müalicə prosesinin nəzarətdə saxlanılması üçün SOCAR-ın vitse-prezidenti Bədəl Bədəlovun da xəstəxanada olduğunu, yaralıların vəziyyəti ilə mütəmadi maraqlandığını bildirib.

Leyla Seyidbəyova hazırda xəstəxanada olan 8 nəfərin vəziyyətinin stabil olduğunu, həyatları üçün heç bir təhlükənin olmadığının bildirib.

Sputnik SOCAR-ın saytına istinadən xəbər verir ki, xəstəxanaya ümumilikdə 31 müraciət olunub, 22 nəfər ambulator müalicəyə cəlb edilib. 1 nəfər Yanıq Mərkəzinə göndərilib, 8 xəstə isə müxtəlif diaqnozlarla Mərkəzi Neftçilər Xəstəxanasının stasionarına qəbul edilib.

Stasionara qəbul olunan xəstələrin siyahısı verilib:

Rəcəbov Mərdan — qabırğa sınığı

Məmmədov Allahverdi — bazunun sınığı

Əliyeva Məlahət — bel fəqərəsinin sınığı

Hüseynov Rəşid — kəllə beyin silkələnməsi

Abbasov Mais — alın nahiyyəsinin kəsilmış, cırılmış yarası

Əliyev Ənvər — alın nahiyyəsinin burun göz altı yarası

Cəfərov Faiq — hipotermiya, başın yumşaq toxumaların əzilməsi

Orucov Atakişi — hipotoniya, yumşaq toxumaların əzilməsi

Xəbər lenti
0