Bakı, 5 dek — Sputnik. Sputnik, APA-ya istinadən, "Azneft" İB-də yaradılan qərargahdan məlumat verilir ki, "Günəşli" yatağının yanğın baş vermiş 10-cu dərin dəniz özülündə 32 nəfər xilas edilib.
Xilasetmə işləri davam edir.
"Reuters" agentliyinin hadisə ilə bağlı yaydığı məlumatda 32 işçinin həlak olduğu bildirilir.
Hadisə baş verən vaxt 28 May Neft-Qaz Çıxarma İdarəsinin 10-cu dərin dəniz özülündə 63 nəfər işdə olub. Özülün rəisi Allahverdi Məmmədov olub.
SOCAR prezidenti Rövnəq Abdullayev, fövqəladə hallar nazirinin birinci müavini Rəfael Mirzəyev də hadisə yerindədirlər.