"Günəşli" yatağında xilas edilənlərin sayı 29 nəfərə çatıb

© korabelNeft yatağında yanğın
Neft yatağında yanğın - Sputnik Azərbaycan
Abunə olmaq
"Günəşli" yatağının yanğın baş vermiş 10-cu dərin dəniz özülündə xilasetmə işləri davam etdirilir.

BAKI, 5 dek-Sputnik. "Günəşli" yatağının yanğın baş vermiş 10-cu dərin dəniz özülündə 25-dən artıq şəxs xilas edilib.
Bu barədə APA-ya "Azneft" İB-də yaradılan qərargahdan məlumat verilib. Xilas edilənlər arasında xəsarət alan yoxdur.
Xilasetmə işləri davam edir.

SOCAR prezidenti Rövnəq Abdullayev, fövqəladə hallar nazirinin birinci müavini Rəfael Mirzəyev də hadisə yerindədirlər.

Qeyd edək ki, dünən baş verən güclü tufan saat 17:40 radələrində "Günəşli" yatağındakı 10-cu dərin dəniz özülündə qaz xəttini sıradan çıxarıb, nəticədə yanğın baş verib.

Hadisə baş verən vaxt 28 May Neft-Qaz Çıxarma İdarəsinin 10-cu dərin dəniz özülündə 63 nəfər istimətdə olub. Özülün rəisi Allahverdi Məmmədovdur.

Xəbər lenti
0