"Günəşli" yatağında yanğın davam edir

© vk.meYanğın
Yanğın - Sputnik Azərbaycan
Abunə olmaq
Güclü külək və yüksək dalğalar səbəbindən yanğının söndürülməsi çətinləşir.

BAKI, 5 dek-Sputnik. SOCAR və "Azneft" İstehsalat Birliyinin rəhbərliyi, eləcə də Fövqəladə Hallar Nazirliyinin əməkdaşları "Günəşli" yatağındakı 10-cu özüldə baş verən yanğınla əlaqədar hadisə yerinə gediblər. Bu barədə Sputnik-ə yanğınla əlaqədar yaradılmış xüsusi qərargahdan məlumat veriblər.

Qərargahdan bildiriblər ki, yataqda yanğın davam edir, çünki güclü külək və yüksək dalğalar səbəbindən onun söndürülməsi çətinləşir.

İnsan itkisi yoxdur. Özüldə olan işçilər yanğın yerindən təxliyə olunublar, onların vəziyyəti yaxşıdı. Bütün personal dənizdə xilasetmə qayıqlarında və gəmidə qalıblar.

Xəbər lenti
0