"Günəşli" yatağında neftçilərin təxliyəsi başa çatıb

© korabelNeft yatağında yanğın
Neft yatağında yanğın - Sputnik Azərbaycan
Abunə olmaq
"Günəşli" yatağındakı yanğın baş verən 10-cu dərin dəniz özülündə işçilərin təxliyəsi başa çatıb.

BAKI, 4 dek-Sputnik. "Günəşli" yatağındakı yanğın baş verən 10-cu dərin dəniz özülündə işçilərin təxliyəsi başa çatıb.

Sputnik SOCAR-a istinadən xəbər verir ki, artıq platformdakı bütün işçilər yanğın baş verən ərazidən çıxarılıb.

"İşçilər arasında ölən və xəsarət alan yoxdur" — deyə SOCAR-dan bildirilib.

Yanğın baş verən zaman platformada 42 nəfər olub.

Hazırda platformada yanğının söndürülməsi istiqamətində işlər davam edir.

Bu gün baş verən güclü tufan saat 17.40 radələrində "Günəşli" yatağındakı 10-cu dərin dəniz özülündə qaz xəttini sıradan çıxarıb, nəticədə yanğın baş verib.

İlk növbədə özüldəki işçilərin təxliyyə olunması istiqamətində tədbirlərə başlanılıb.

Xəbər lenti
0