Bakı, 4 dek — Sputnik. Dekabrın 4-də "Günəşli" yatağındakı 10-cu dərin dəniz özülündə yanğın baş verib.
APA-nın məlumatına görə, özüldəki işçilərin təxliyə olunması istiqamətində tədbirlər davam edir.
Yanğın baş verən zaman platformada 42 nəfər olub.
Hündür dalğalar yanğınsöndürmə işlərinə mane olur. Hazırda platformada olan neftçilər qayıqlarla təxliyə olunur. Hadisə nəticəsində xəsarət alan və ölən yoxdur.