Купюра номиналом в 200 AZN, фото из архива - Sputnik Azərbaycan
İQTİSADİYYAT
Sosial-iqtisadi gündəmə, maliyyə, biznes sahəsinə dair materiallar

Xüsusi mülkiyyət olan torpaqlardan 99 il istifadəyə imkan veriləcək

Torpaq
Torpaq - Sputnik Azərbaycan
Abunə olmaq
Milli Məclisin Aqrar siyasət komitəsinin iclasında Torpaq Məcəlləsinə dəyişikliklərə baxılıb.

BAKI, 4 dek-Sputnik. Bu gün Milli Məclisin Aqrar siyasət komitəsinin iclasında Torpaq Məcəlləsinə dəyişikliklərə baxılıb.

Sputnik Trend-ə istinadən xəbər verir ki, müzakirələrdə bildirilib ki, sənəd Məcəlləni təkmilləşdirmək məqsədilə işlənib. Sənədin 50-ci maddəsi aşağıdakı redaksiyada təklif olunur: "Torpaqdan istifadə qısamüddətli və uzunmüddətli olur. Qısamüddətli istifadə on beş ilədək müəyyən oluna bilər, uzunmüddətli istifadə isə xüsusi mülkiyyət olan torpaqlar üçün 99 il, dövlət və bələdiyyə mülkiyyətində olan torpaqlar üçün isə on beş ildən 49 ilədək müəyyən oluna bilər".

Sonda müzakirə edilən sənəd Milli Məclisin plenar iclasına tövsiyə edilib.

Xəbər lenti
0