Müdafiə Nazirliyi ilin son günündə "Açıq qapı" günü keçirəcək

© mod.govMüdafiə Nazirliyi "Açıq qapı" günü keçirəcək
Müdafiə Nazirliyi Açıq qapı günü keçirəcək - Sputnik Azərbaycan
Abunə olmaq
"Açıq qapı" günündə ziyarətçilər hərbi hissələrdə şəxsi heyətin yaşayış və məişəti üçün yaradılan şəraitlə yaxından tanış olmaq, xidməti və inzibati binalara, əsgər yataqxanaları və yeməkxanalarına baş çəkmək imkanı əldə edəcəklər.

BAKI, 4 dek-Sputnik. Müdafiə naziri, general-polkovnik Zakir Həsənovun tapşırığına əsasən, dekabrın 31-də saat 10.00-da Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü və Yeni il bayramı münasibəti ilə bütün hərbi hissələrdə əsgər valideynləri və yaxınları üçün "Açıq qapı" günü təşkil olunacaq.

Sputnik Müdafiə Nazirliyinin saytına istinadən xəbər verir ki, "Açıq qapı" günündə ziyarətçilər hərbi hissələrdə şəxsi heyətin yaşayış və məişəti üçün yaradılan şəraitlə yaxından tanış olmaq, xidməti və inzibati binalara, eləcə də əsgər yataqxanaları və yeməkxanalarına baş çəkmək imkanı əldə edəcəklər. 

Həmin gün hərbi hissələrin komandanlığı ilə valideynlərin görüşləri təşkil olunacaq, onları narahat edən sualların və maraqlandıran məsələlərin müzakirəsi aparılacaq, konsert proqramları və digər mədəni-kütləvi tədbirlər keçiriləcək.

Xəbər lenti
0