Müdafiə Nazirliyi hərbi attaşeləri topladı

© mod.gov.azHərbi attaşelərlə birgə toplantı
Hərbi attaşelərlə birgə toplantı - Sputnik Azərbaycan
Abunə olmaq
Hərbi attaşelərə regionun hərbi-təhlükəsizlik vəziyyəti, Ermənistanın Azərbaycana qarşı işğalçılıq siyasəti, Silahlı Qüvvələrdə aparılan islahatlar, inkişaf perspektivləri barədə məlumat verilib.

BAKI, 4 dek-Sputnik. Müdafiə naziri, general-polkovnik Zakir Həsənovun təsdiq etdiyi plana əsasən dekabrın 4-də xarici dövlətlərin silahlı qüvvələrinin Azərbaycanda akkreditə olunmuş hərbi attaşeləri üçün illik yekun toplantısı keçirilib.

Sputnik Müdafiə Nazirliyinin saytına istinadən xəbər verir ki, tədbirdə 24 ölkədən 33 nümayəndə iştirak edib.

Toplantıda çıxış edən Müdafiə Nazirliyinin Beynəlxalq Hərbi Əməkdaşlıq İdarəsinin rəisi, general-mayor Hüseyn Mahmudov regionda mövcud olan hərbi-təhlükəsizlik vəziyyəti, Ermənistanın Azərbaycana qarşı işğalçılıq siyasəti, eləcə də Silahlı Qüvvələrdə aparılan islahatlar, inkişaf perspektivləri barədə qonaqlara ətraflı məlumat verib.

Görüşdə il ərzində beynəlxalq hərbi əməkdaşlıq sahəsində həyata keçirilən fəaliyyətlər hərbi attaşelərin diqqətinə çatdırılaraq "Azərbaycan Respublikasında akkreditə olunmuş Hərbi Attaşelik Aparatlarının fəaliyyətinin qarşılıqlı əlaqələndirilməsi Qaydaları" və 2016-cı ildə planlaşdırılan tədbirlər barədə brifinq təqdim olunub.

Hərbi Attaşelər Assosiasiyası adından Polşa Respublikası Silahlı Qüvvələrinin hərbi attaşesi polkovnik Zbiqnev Vasilevskiy çıxış edərək yaradılan şəraitə görə Müdafiə Nazirliyinin rəhbərliyinə minnətdarlığını bildirib və səmərəli əməkdaşlığın davam edəcəyinə ümidvar olduğunu qeyd edib.

Xəbər lenti
0