"Avrasiya Gündəliyi" portalı təqdim olundu

Abunə olmaq
Malik Atub Sumbai: Layihə vasitəsilə münaqişələri yumşaq və insanları qıcıqlandırmayacaq şəkildə ictimaiyyətə çatdırmağa çalışacağıq.

BAKI, 4 dek-Sputnik. Bu gün Azərbaycanda yeni beynəlxalq "Avrasiya Gündəliyi" informasiya portalının təqdimat mərasimi keçirilib.

Sputnik-in məlumatına görə, portal Azərbaycan, rus, ingilis, türk, ərəb və alman dillərində oxuculara xidmət edəcək. Beynəlxalq Avrasiya Mətbuat Fondunun və Avrasiya Media Şəbəkəsinin təşəbbüsü və dəstəyi ilə portalın yaradılmasında məqsəd jurnalistika vasitəsilə sülhün təbliğ olunmasıdır.

Tədbirdə çıxış edən portalın baş redaktoru Malik Atub Sumbai deyib: "Layihə vasitəsilə münaqişələri yumşaq və insanları qıcıqlandırmayacaq şəkildə ictimaiyyətə çatdırmağa çalışacağıq".

O qeyd edib ki, bu layihəyə bir çox ölkələrdən dəstək var: "Portalda insan haqlarına çox böyük önəm verəcəyik".

Xəbər lenti
0