BAKI, 4 dek – Sputnik. Türkiyənin baş naziri Əhməd Davudoğlunun Azərbaycana rəsmi səfəri başa çatıb. Hər iki ölkənin dövlət bayraqlarının dalğalandığı Heydər Əliyev Beynəlxalq Aeroportunda Türkiyənin baş nazirinin şərəfinə fəxri qarovul dəstəsi düzülüb.
Davudoğlunu və xanımı Sare Davudoğlunu hava limanında Azərbaycanın baş nazirinin müavini Əli Əhmədov və digər rəsmi şəxslər yola salıblar.