SİYASƏT
Ölkənin ictimai-siyasi həyatına, xarici siyasətə, beynəlxalq siyasi gündəmə dair məqalələr

Mixail Qorbaçov Türkiyə və Rusiyaya səsləndi

© novostimira.netMixail Qorbaçov
Mixail Qorbaçov - Sputnik Azərbaycan
Abunə olmaq
Qorbaçov: Rusiya və Türkiyə əlaqələrinin pisləşməsi sadəcə iki ölkə üçün itki olmayacaq.

BAKI, 4 dek – Sputnik. Keçmiş Sovetlər İttifaqı rəhbəri Mixail Qorbaçov Türkiyə-Rusiya gərginliyi ilə bağlı maraqlı açıqlamalar verib.

“Təyyarə vurulmadan əvvəl iki ölkə arasındakı münasibətlərin yüksək səviyyəyə çatmasında çox işlər görülmüşdü. Lakin təəssüf ki, belə bir hadisə yaşandı. Ancaq hər şeyə rəğmən, türk və rus siyasətçilər dialoq kanallarını açıq saxlamalı və əlaqələrin daha da korlanmasına imkan verilməməlidir”, deyə o bildirib.

Onun sözlərinə görə, Rusiya və Türkiyə əlaqələrinin pisləşməsi sadəcə iki ölkə üçün itki olmayacaq.

"Bu Avropa ilə əlaqələrə zərbə vurmaqla yanaşı, Yaxın Şərqin təhlükəsizliyinə də təsir edəcək”, deyə Qorbaçov əlavə edib.

Noyabrın 24-də səhər saatlarında Türk ordusu Suriya ilə sərhəddə “Su-24”döyüş təyyarəsini vurub. Ölkənin Baş Qərargahından verilən açıqlamada, döyüş təyyarəsi Türkiyənin hava məkanını pozduğu üçün vurulub. Daha sonra həmin təyyarənin Rusiyaya aid olduğu üzə çıxmışdı.

Xəbər lenti
0