BAKI, 4 dek — Sputnik. "Türkiye Ukrayna böhranından sonra Rusiyaya qarşı tətbiq edilən sanksiyalara qatılmırdı. Rusiya öz əli ilə Türkiyəni bu ölkələr sırasına qatdı". Bunu Sputnikə açıqlamasında, hazırda Türkiyədə fəaliyyət göstərən, azərbaycanlı politoloq Toğrul İsmayıl deyib.
Onun sözlərinə görə, hazırda gərginliyi artıran tərəf Rusiyadır.
"Hazırda gərgin olan Rusiya-Türkiyə münasibətlərinin necə olacağı rəsmi Kremldən asılıdır. Əgər vəziyyət belə davam edərsə, türk tərəfi də lazım olan əks addımları atmağa başlayacaq. Məsələn Rusiyadan enerji asılılığını azalda bilər" deyə politoloq bildirib.
"Onsuz da sanksiyalarla üz-üzə qalan Rusiya öz imkanlarını məhdudlaşdırır. Bəlkə qısa vədədə ciddi görünməsə də uzun vədədə bu qərarlar Rusiya iqtisadiyyatını zəiflədəcək"