“Mini-Şenqen”ə cəmi beş beş ölkə daxil ola bilər — bu Hollandiya, Belçika, Lüksemburq, Almaniya və Avstriyadır. Təşəbbüskarlar bildirirlər ki, qaçqın axını çox böyük olduğundan, qeyri-standart tədbirlər görmək lazım olur. Avropanın üzləşdiyi yeni risklər onu, açıq sərhəd fikrindən imtina etməyə məcbur edir. Sirr deyil ki, Avropanın əsas problemi — miqrasiya böhranıdır. Hər ölkə də, bu böhrandan çıxmaq üçün öz addımlarını atır. Onlar öz sərhədlərini bağlayırlar, sərhəd boyunca ordu düzürlər, hündür hasarlar tikirlər və ya Şenqen daxilində “şenqen” yaratmağı təklif edirlər. Federal Miqrasiya Xidmətinin İctimai Şurasının sədri Vladimir Volox hesab edir ki, onların bunu etməyə tam haqları var:
“Bunun üçün müəyyən dövlətlərin səyləri lazımdır. Onlar bir araya gəlib, razılaşıb, birgə müəyyən sənədlər imzalayarlarsa, bu, onların – suveren dövlətlərin ittifaqlar yaratmaq və müəyyən qərarlar qəbul etmək hüququdur. Hesab edirəm ki, bu təmamilə mümkündür. Onların məqsəd və hədəfləri, problemləri görmələri və onların həlli üçün hazırlıqları yetərincə yaxındır. Buna görə də, onlar birləşirlər, bu, düzgün və yaxşı qərardır”.
Lakin həmişə yaxşı məqsədlər üçün birləşmirlər. Məsələn, Almaniyanın Vertheim şəhərində bir gecə ərzində Afrika və Yaxın Şərq miqrantların yerləşdirilməsi üçün nəzərdə tutulan bina yandı. Yerli əhali bu yolla hakimiyyət orqanlarına öz narazılıqlarını bildirdilər. Çətinliklər isə tək qaçqınlar üçün gözləmir. Rusiya Elmlər Akademiyasının Avropa İnstitutunun Alman Araşdırmalar Mərkəzinin aparıcı elmi işçisi Aleksandr Kamkin hesab edir ki, Almaniyanı ciddi dəyişiklik gözləyir:
“Bu, hakim partiyanın və şəxsən Merkelin populyarlığının azalmasına gətirib çıxara bilər. Çünki sıravi almanlar da gilelənməyə başlayırlar. PEGİDA hərəkatı da, miqrasiya yüksəlişindən əvvəl başlasa belə, boşuna yaranmayıb. Ona görə deyə bilərik ki, narazılıq, ən əsası da ölkə siyasətinin Alman cəmiyyəti tərəfindən anlaşılmaması (bir tərəfdən miqrasiyanı dəstəkləyirlər, digər tərəfdən onu məhdudlaşdırırlar) əhalinin böyük bir hissəsində Alman hakimiyyətinə qarşı güvənin azalmasına gətirib çıxara bilər”.
Qaçqınlara qarşı ziddiyyətli münasibət Norveçdə də formalaşır. Bir tərəfdən, qaçqınlara kömək üçün Neft Fondundan pul gedəcək. Miqrasiya Departmentinin məlumatına görə, bu il Norveçdə 23 min sığınacaq ərizəsi veriləcək, gələn il isə bu rəqəm 33 minə qədər yüksələcək. Bu qərar göstərir ki, Norveçdə problemin ciddiliyini tam anlayırlar, — “Ali İqtisadiyyat Məktəbi” Dövlət Universitetinin dekan müavini İqor Kovalyov deyir:
“Neft Fondu gələcək nəsillər üçün fonddur və onun məqsədi bazardakı dəyişikliklər riskini azaltmaqdır. Hal-hazırda isə neftin qiyməti enir, Norveçin iqtisadi inkişafı da əlverişli şəraitdə deyil. Lakin bu halda – Norveçə keçən qaçqın axınının kəskin artdığı zaman, fondun vəsaitlərindən istifadə etmək tam haqlıdır. Çünki, əslində, Norveç hökumətinin digər variantları da yoxdur”.
Bununla yanaşı, Norveç höküməti qaçqın axınını azaltmaq məqsədilə sosial şəbəkələrdə sığınacaq almaq üçün qaydaların sərtləşdiyi haqda məlumatlar yayır. Finlandiyada isə qaçqınları soyuqla qorxutmağa çalışırlar. Onlar xəbərdar edirlər ki, qaçqınlar çadırlarda yaşamalı olacaqlar. İsveç də onlardan heç də geri qalmır. O, qaçqınlar üçün bu ölkədə yaşamağın nə qədər pis və ağır olduğu haqda vərəqələr paylayır. Qaçqınlar isə əslində “pis”in nə olduğunu bilərək, öz məqsədlərindən – Avropada məskunlaşmaq niyyətindən imtina etmək istəmirlər.