BAKI, 4 dek — Sputnik. Sabunla yuyulması mümkün olan yeni smartfonlar istehsal olunub. Artıq Yaponiyada satışa buraxılan "Kyoker" şirkətinə məxsus smartfonların sensoru yaş vəziyyətdə də işləyə bilir. Telefonun korpusu isə cızıqlara davamlıdır.
Sözügedən smartfonlar "Android 5.1" əməliyyat sistemi ilə işləyir. 13 meqapiksel kamera görüntüsü olan bu telefonların batareya gücü 3000 milliamper-saatdır.