BAKI, 4 dek-Sputnik. Ötən gecə yağan intensiv yağışlar nəticəsində Bakının Nərimanov rayonunda yollarda suyun səviyyəsi xeyli qalxıb.
Sputnik Fövqəladə Hallar Nazirliyinin (FHN) saytına istinadən xəbər verir ki, suyun səviyyəsinini qalxması nəticəsində yollarda hərəkət məhdudlaşıb və vətəndaşlar avtomobillərin içərisində köməksiz vəziyyətdə qalıblar.
Fövqəladə Hallar Nazirliyinin Xüsusi Riskli Xilasetmə Xidmətinin xilasediciləri hadisə yerinə cəlb olunaraq avtomobillərdən 5 vətəndaşı xilas ediblər.