Автомобильная авария, фото из архива - Sputnik Azərbaycan
HADİSƏ
Azərbaycanda və dünyada baş verən insident, olay və qəzalar

Güclü yağış Lənkəranda yenidən fəsadlar törədib

CC0 / diego_torres / rainLənkəranda yağış
Lənkəranda yağış - Sputnik Azərbaycan
Abunə olmaq
Yağışın güclü küləklə müşayiət olunması bir sıra yerlərdə hündür boylu ağacların yıxılması ilə nəticələnib.

BAKI, 3 dek — Sputnik. Lənkəran rayonu ərazisində dekabrın 2-də günorta saatlarından başlayan yağış axşam güclənib.

APA-nın məlumatına görə, sel suları rayonun ayrı-ayrı yaşayış məntəqələrində yenidən fəsadlara səbəb olub. Yağışın güclü küləklə müşayiət olunması bir sıra yerlərdə hündür boylu ağacların yıxılması ilə nəticələnib. Lənkəran şəhərinin əksər küçələrində gölməçələr yaranıb. Sel suları həyətlərə dolub. Maşınların və piyadaların hərəkəti çətinləşib.

Hazırda rayonda yağış yağmaqda davam edir.

Qeyd edək ki, oktyabr və noyabr aylarında da intensiv yağışlar nəticəsində Lənkəranda yüzlərlə ev sel sularının altında qalıb,  5-ə yaxın körpünü sel aparıb, sakinlərə xeyli maddi ziyan dəyib.

Xəbər lenti
0