Türkiyə prezidenti Vladimir Putinə meydan oxudu

© Murat Cetinmuhurdar/Pool Photo via APƏrdoğan Prezident Sarayında
Ərdoğan Prezident Sarayında - Sputnik Azərbaycan
Abunə olmaq
Rəcəb Tayyib Ərdoğan: Rusiya Türkiyənin İŞİD-dən neft aldığı iddialarını sübut etməlidir.

BAKI, 3 dek-Sputnik. Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan bu gün yenidən Rusiya ilə yaşanan böhrana toxunub, Rusiyanın iddialarına cavab verib. 

Sputnik Türkiyənini "Hürriyet" qəzetinə istinadən xəbər verir ki, Ərdoğan bir daha ölkəsinin İraq-Şam İslam Dövləti (İŞİD) terror qruplaşmasından neft aldığı barədə Rusiya prezidenti Vladimir Putinin iddialarına cavab verib: "Rusiya Türkiyənin İŞİD-dən neft aldığı iddialarını sübut etməlidir. Əgər isbat edə bilməzsə, Putin də prezident postunda dayanmasın".

Ərdoğanın sözlərinə görə, Türkiyə necə ki, Balkanlara, Aralıq dənizinə biganə qalmır, eləcə də Suriyaya biganə qalmayacaq: "Rusiya Suriyada nə axtarır? BMT-nin icazəsi varmış, Əsəd dəvət edincə, giriblərmiş. 380 min insanın qatilinin dəvətinə razılıq verməyə məcbur deyilsiniz! Bunu hörmətli Putinin özünə də söylədim. Suriyanın ərazi bütövlüyünə hörmət edirik, amma Suriyada qanuni bir rəhbərlik yoxdur. Əsəd rəhbərliyi ölkənin 14 faizinə hakimdir. Bizim üçün Suriyadakı qanuni hakimiyyət Suriya rejimi deyil, Suriya xalqıdır. Onları təmsil edən də müxaliflərdir".

Ərdoğan həmçini deyib: "Türkiyənin neft aldığı dövlətlər bəllidir. Bu iddiaya ailəmi qarışdırmaq üçün əxlaqsız iddialar irəli sürürlər. Eyni şeyi İran da etdi. "Bu belə davam etsə, bunun əvəzini İran olaraq ağır ödəyərsiniz" dedim. Sonra saytlarından qaldırdılar. Putin bu iddianı sənədlərlə isbat etsin, mən bu vəzifədə qalmaram, istefa verərəm. Amma tərsi də var, isbat edə bilməzsə, özü o mövqedə dayana biləcəkmi? O zaman Putin də hakimiyyətdən getməlidir. Biz Suriyadakı xalqla eyni coğrafiyada yaşamağa davam edəcəyik. Sabah hər şey sona çatdığında oradakı qardaşlarımızın qarşısına alnımız ağ çıxacağıq".

Xəbər lenti
0