BAKI, 3 dek — Sputnik. Ağlı başında olan hər kəs bilir ki, Rus-Türk gərginliyində Türkiyə haqsızdır.
Bunu Sputnik-ə açıqlamasında millət vəkili Araz Əlizadə deyib.
Onun sözlərinə görə, münasibətlərin korlanmasında rəsmi Ankara birbaşa təqsirkardır.
Davudoğlunun bugünki Bakı səfərinə də toxunan Araz Əlizadə, Azərbaycanın Türkiyə-Rusiya münasibətlərini düzəltməkdə heç bir müsbət addım ata bilməyəcəyini də qeyd edib.
Noyabrın 24-də səhər saatlarında Türk ordusu Suriya ilə sərhəddə "Su-24"döyüş təyyarəsini vurub. Ölkənin Baş Qərargahından verilən açıqlamada, döyüş təyyarəsi Türkiyənin hava məkanını pozduğu üçün vurulub. Daha sonra həmin təyyarənin Rusiyaya aid olduğu üzə çıxıb.