Qələm - Sputnik Azərbaycan
TƏHLİL
Sosial-iqtisadi, ictimai-siyasi, mədəniyyət, idman və digər sahələrə aid aktual təhlillər

Azərbaycanın Türkiyə-Rusiya münasibətlərinə təsir imkanı məhduddur

Abunə olmaq
Asim Mollazadə: Türk-Rus gərginliyini NATO-Rusiya çərçivəsində dəyərləndirmək lazımdır.

BAKI, 3 dek — Sputnik. "Türk-Rus gərginliyini NATO-Rusiya çərçivəsində dəyərləndirmək lazımdır. Ona görə də, Azərbaycanın bu iki ölkə arasındakı münasibətləri normallaşdırmaq imkanları məhduddur". Bunu Sputnik-ə açıqlamasında Demokratik İslahatlar Partiyasının sədri, Milli Məclisin deputatı Asim Mollazadə deyib.

Onun sözlərinə görə, Azərbaycan, Türkiyə ilə Rusiya münasibətlərinin yaxşılaşmasının tərəfdarıdır. "Amma imkanlar kifayət qədər məhduddur" — deyən millət vəkili, Türkiyənin NATO üzvü olduğunu yada salıb.

Türkiyənin baş naziri Əhməd Davudoğlunun Bakı səfərində viza məsələsinin gündəmə gəlib-gəlməyəcəyi mövzusuna da toxunan Asim Mollazadə, bu haqda onda məlumat olmadığını bildirib.

Millət vəkili iki qardaş ölkə arasında viza rejiminin ləğvini arzu etdiyini deyib. 

Xəbər lenti
0