Уникальные бакинские здания, созданные в стиле модерн - Sputnik Azərbaycan
MƏDƏNİYYƏT
Azərbaycanın mədəni həyatında baş verən önəmli hadisələr

Azərbaycan UNESCO-da Ermənistanı qabaqladı

Köçəri rəqsi
Köçəri rəqsi - Sputnik Azərbaycan
Abunə olmaq
İntiqam Hümbətov: Ermənistanın xalqımıza məxsus "Köçəri" milli rəqsini özününküləşdirmə cəhdi uğursuz alınıb.

BAKI, 3 dek — Sputnik. Ermənistanın xalqımıza məxsus "Köçəri" milli rəqsini özününküləşdirmə cəhdi uğursuz alınıb. 

Belə ki, erməni tərəfi, UNESCO-nun Qeyri-maddi mədəni irsin qorunması üzrə Hökumətlərarası Komitəsinin Vindxukda keçirilən 10-cu iclasında, "Köçəri" rəqsinin milli irs siyahısına salınması ilə bağlı müraciət edib. Lakin onların bu müraciəti nəticəsiz qalıb. Bu barədə Azərbaycan Mədəniyyət və Turizm nazirinin mətbuat katibi İntiqam Hümbətov məlumat verib.

Ermənilər Köçəri rəqsini özəlləşdirərkən - Sputnik Azərbaycan
MƏDƏNİYYƏT
Ermənilər "Köçəri" rəqsi ilə bağlı UNESCO-ya müraciət ediblər

Hümbətov, Sputnik-ə açıqlamasında Azərbaycanın UNESCO-dakı nümayəndə heyətinin ermənilərin bu cəhdlərini vaxtında aldıqlarını bildirib.

"UNESCO Qiymətləndirmə Orqanı nominasiya fayllarını nəzərdən keçirmiş və hər ölkənin təqdim etdiyi fayla dair rəylərini bildirmişdi. Ermənistan tərəfin təqdim etdiyi "Köçəri, ənənəvi qrup rəqsi" tələb olunan beş kriteriyaya görə mənfi rəy almışdı" — deyə İntiqam Hümbətov əlavə edib.

Komitədə təmsil olunan Azərbaycan nümayəndə heyəti üzv ölkələrin nümayəndələri ilə keçirdiyi görüşlərdə "Köçəri, ənənəvi qrup rəqsinin" Ermənistan tərəfindən milliləşdirilməsinin qəbuledilməz olduğunu ifadə edərək bu məsələ ilə bağlı Qiymətləndirmə Orqanının rəyinin və Komitənin ona uyğun qərarının gələcəkdə Ermənistanın Konvensiyanın tələblərinə riayət etməyə məcbur edəcəyini bildirib.

Xəbər lenti
0