İrəvanı etiraz dalğası bürüyüb

© Sputnik / Асатур ЕсаянцМитинг и шествие оппозиционного фронта «Новая Армения» проходит в Ереване
Митинг и шествие оппозиционного фронта «Новая Армения» проходит в Ереване - Sputnik Azərbaycan
Abunə olmaq
Ermənistan Serj Sarkisyanın Konstitusiya dəyişikliklərinə etiraz edir.

BAKI, 2 dek-Sputnik. Ermənistanın paytaxtı İrəvanda konstitusiya islahatlarının əleyhinə növbəti yürüş keçirilir.
Sputnik-in məlumatına görə, "Yeni Ermənistan" cəbhəsinin təşkil etdiyi yürüş iştirakçıları Mərkəzi Seçki Komissiyasının binasına çatıblar.

Onlar Mərkəzi Seçki Komissiyasının sədri Tiqran Mukuçyan və prezident Serj Sarkisyanın istefasını tələb edirlər. "Yeni Ermənistan" cəbhəsinin liderləri çıxış edərək öz tələblərini səsləndiriblər.

Polis MSK binasını əhatəyə alıb. Qeyd olunur ki, yürüşün marşrutunun buradan keçməsi əvvəlcədən razılaşdırılmayıb. Polis nümayəndələri bununla bağlı yürüş iştirakçılarına xəbərdarlıq edib.

Etirazçıların əksəriyyəti isə "Azadlıq" meydanında toplaşıb. Burada müxalifət liderlərindən — Müxalifətin vahid cəbhəsinini rəhbəri Jirayr Səfilyan, "İrs" partiyasının lideri Raffi Ovanisyan, "Milli özünütəyinetmə" birliyinin rəhbəri Paruyr Ayrikyan çıxış ediblər.

Etirazçılar dekabrın 6-da Ermənistanda Konstitusiya islahatları ilə bağlı referendumun keçirilməsinə etiraz edirlər. Onlar Konstitusiyaya mürtəce dəyişikliklərin edildiyi, onun hazırkı hakimiyyətin maraqlarını müdafiə edəcəyi qənaətindədirlər.

Xəbər lenti
0