Yeni təcili tibbi yardım avtomobilləri  - Sputnik Azərbaycan
SƏHİYYƏ
Tibb sahəsinə, xəstəliklərə, sağlamlıq mövzusuna dair materiallar

Azərbaycanda İİV-ə testləşmə aksiyaları davam edilir

İİV testi keçirilərkən
İİV testi keçirilərkən - Sputnik Azərbaycan
Abunə olmaq
Ölkənin hər yerində İnsanın İmmunçatışmazlığı Virusu (İİV) ilə bağlı müayinə və məsləhət kampaniyası keçirilir.

BAKI, 2 dek-Sputnik. Azərbaycan Respublikası QİÇS-lə Mübarizə Mərkəzi (RQMM) "Avropa İİV-ə testləşmə həftəsi" və 1 dekabr Ümumdünya QİÇS-lə Mübarizə Günü ilə bağlı müayinələr və maarifləndirmə yönümlü tədbirlərin keçirilməsini davam etdirir.

Növbəti müayinələr Azərbaycan Texniki Universitetində və Sabirabad Dövlət Sosial İqtisadi Kollecində, Sumqayıt Dövlət Universitetində, Lənkəran Dövlət Humanitar Kollecində, Quba Dövlət Sosial İqtisadi Kollecində, Təfəkkür Universitetində və digər təhsil ocaqlarında aparılıb. İnsanın İmmunçatışmazlığı Virusu (İİV) ilə bağlı müayinə və məsləhət kampaniyası çərçivəsində ilk aksiya Bakı Dövlət Universitetində keçirilib. Gənclər və İdman Nazirliyinin təşkilati dəstəyi ilə keçirilən tədbirdə tanınmış aktyor, "Parni iz Baku" KVN komandasının üzvü Bəhram Bağırzadə tələbə gənclərlə görüşüb, onlara idmanla məşqul olmağı, öz sağlamlıqlarına daha da məsuliyyətlə yanaşmağı tövsiyyə edib. Aksiya zamanı mərkəzin mütəxəssisləri gənclərə İİV infeksiyası və ondan qorunma üsulları, sağlam və təhlükəsiz həyat tərzi barədə ətraflı məlumat veriblər. Tədbirdə könüllü olaraq 500 tələbə və universitetin əməkdaşları İİV-ə test müayinəsindən keçiblər. Bununla yanaşı "Avropa İİV-ə testləşmə həftəsi" kampaniyası çərçivəsində Şamaxı Humanitar Kollecində, Şəki Tibb Kollecində, Quba Dövlət Sosial İqtisadi Kollecində, "Təfəkkür Universitetində tələbələr arasında İİV-lə bağlı müayinələr aparılıb, onlara broşur və bukletlər paylanılıb.

Bakı avtovağzalında baş tutan aksiyada əsasən Rusiya, Türkiyə, İran və Gürcüstana gedən, eyni zamanda bu ölkələrdən gələn miqrantlar iştirak edib. Salyan şəhərində əhalinin sıx toplaşdığı yerlərdə səyyar İİV-ə könüllü müayinə və məsləhət məntəqəsi fəaliyyət göstərib. Və məntəgəyə müraciət edən insanlara pulsuz və anonim qaydada İİV-ə ekspress-testdən keçmək, 15 dəqiqə ərzində öz İİV statusunu (yoluxub-yoluxmamağını) müəyyən etmək imkanı yaradılıb, İİV-infeksiyası barəsində ətraflı məlumat verilib. Gəncə Dövlət Universitetində keçirilən konfransda universitet rəhbərliyinin, Gəncə Şəhər İcra Hakimiyyətinin, Gəncə şəhər Gənclər və İdman Baş İdarəsinin nümayəndələri iştirak ediblər. Görüşdə İİV/QİÇS-in profilaktikası, İİV-lə bağlı gənclərin maarifləndirilməsi, gənclərin sağlam həyat tərzini seçməsi, yaşamaq və yaratmaq həvəsinin gücləndirilməsi toplantının əsas mövzusu olub. Tələbələrlə görüş zamanı maraqlı diskussiya və müayinələr aparılıb. Gəncə Dövlət Universitetində və Mingəçevir Politexnik İnstitutunda aparılan test müayinələrində bu iki təhsil ocağının 800 tələbəsi iştirak edıb. Noyabrın 20-dən Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzinin Bakıda yerləşən avtobus dayanacaqlarındakı monitorlarında İİV/QIÇS haqqında videoçarx nümayiş olunur.

"Avropa İİV-ə testləşmə həftəsi-2015" möhtəşəm ümumavropa müayinə və maarifləndirmə kampaniyasında Avropanın 53 ölkəsinin 700-dən çox dövlət və ictimai təşkilatları iştirak edir. İlk dəfə "Avropa İİV-ə testləşmə həftəsi" 2013-cü ildə 20 beynəlxalq təşkilatın təşəbbüsü və Ümumdünya Səhiyyə Təşkilatının himayədarlığı ilə keçirilib. O zaman bu təşəbbüsə Avropanın 400-dən artıq dövlət, qeyri-hökumət və ictimai təşkilatları, o cümlədən Azərbaycan Səhiyyə Nazirliyinin QİÇS-lə Mübarizə Mərkəzi də qoşulub.

Xəbər lenti
0