CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

Məktəblilərdən təhlükəli hərəkət

© AZƏRTACBakıya gətirilən yeni elektrik qatarı
Bakıya gətirilən yeni elektrik qatarı - Sputnik Azərbaycan
Abunə olmaq
Binəqədi məktəbliləri sürət qatarının hərəkətinə mane olublar.

BAKI, 2 dek-Sputnik. Azərbaycanda qatarların hərəkətinə təhlükə yaradanlar saxlanılıb.

Sputnik-in məlumatına görə, "Azərbaycan Dəmir Yolları" Qapalı Səhmdar Cəmiyyətinin Mətbuat Katibliyinin rəisi Nadir Əzməmmədov Trend-ə bildirib ki, məlum olduğu kimi, sentyabrın 12-də Bakı-Sumqayıt marşrutu ilə elektrik qatarları hərəkətə başlayıb və "Stadler Rail Group" şirkətinin "Stadler Minsk" zavodunda istehsal olunmuş yüksək komfortlu ikimərtəbəli elektrik qatarları sərnişinlərin istifadəsinə verilib: "Amma təəssüflər olsun ki, bəzi vətəndaşlarımız özlərinin normalara sığmayan davranışı ilə elektrik qatarlarının təhlükəsiz hərəkətinə mane olurlar".

Onun sözlərinə görə, 1 dekabr 2015-ci ildə saat 19:00 radələrində Bakıdan Sumqayıta hərəkət edən elektrik qatarının maşinisti Keşlə-Biləcəri mənzilinin 2649-cu kilometrində relsin üzərinə mişar daşlarının iri qırıqlarının düzüldüyünü görüb qatarı saxlayıb, təhlükəsizlik tədbirləri gücləndirilib. Hadisə nəticəsində qatarların hərəkətində ləngimələrə yol verilib.

N.Əzməmmədov əlavə edib ki, Daxili İşlər Nazirliyi Nəqliyyatda Baş Polis İdarəsinin Keşlə xətt polis bölməsinin əməkdaşlarının apardığı əməliyyat-axtarış tədbirləri nəticəsində dəmiryolun üzərinə daş qırıqları qoyanlar saxlanılıb: "Araşdırma zamanı məlum olub ki, saxlananlar Binəqədi rayonu 100 №-li orta məktəbin XI sinif və Binəqədi rayonu 143 №-li orta məktəbin IX şagirdləridir. Saxlananlar Nəqliyyatda Baş Polis İdarəsinin Keşlə xətt polis bölməsində dindirilərkən hadisəni törətdiklərini etiraf ediblər.

Bir daha Bakı-Sumqayıt marşrutu üzrə yaxın ərazidə yaşayan vətəndaşların nəzərinə çatdırmaq istəyirik ki, dövlət əmlakına ziyan vuranlara, elektrik qatarının təhlükəsiz hərəkətinə mane olanlara qarşı hüquq-mühafizə orqanları tərəfindən müvafiq tədbirlər görüləcək".

Xəbər lenti
0