BAKI, 2 dek-Sputnik. "Azərkosmos" ASC və Fransanın "Arianespace" şirkəti Azərbaycanın ikinci telekommunikasiya peykinin — "Azerspace-2/Intelsat 38" — buraxılması üzrə müqavilə imzalayıblar.
Sputnik-in məlimatına görə, müqavilənin imzalanması bu gün "BakuTel-2015" Beynəlxalq telekommunikasiya sərgi-konfransı çərçivəsində baş tutub.
"Arianespace" şirkəti ll telekommunikasiya peykinin orbitə buraxılması üzrə tenderin qalibi olmuşdu.
Peykin 2017-ci ildə orbitə buraxılması gözlənilir.