CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

Azərbaycanda Aşura mərasimləri ləğv olunacaq

© nardaranpiriАшура
Ашура - Sputnik Azərbaycan
Abunə olmaq
Azərbaycanda 2166 məscid var və hazırda 3 min Azərbaycan gənci xaricdə dini təhsil alır.

BAKI, 2 dek-Sputnik. Azərbaycanda Aşura mərasimləri zamanı müxtəlif tamaşalar qadağan olunacaq.

Sputnik-in məlumatına görə bu barədə Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi sədrinin müavini Gündüz İsmayılov məlumat verib. "Dini ekstremizmə qarşı mübarizə haqqında" qanun layihəsinin Milli Məclisin Hüquq siyasəti və dövlət quruculuğu komitəsi ilə İctimai birliklər və dini qurumlar komitəsinin birgə iclasında müzakirəsi zamanı İsmayılov bildirib ki, hazırda Azərbaycanda 2166 məscid var. O, hazırda 3 min Azərbaycan gəncinin xaricdə dini təhsil aldığını nəzərə çatdırıb: "Azərbaycana qayıtdıqdan sonra xaricdə dini təhsil almış gənclər o ölkələrin dini adət-ənənələrini də təbliğ etməyə başlayırlar. Bu da cəmiyyətimizdə ciddi fikir ayrılığı yaradır. Yəni tək aldıqları dini təhsili yox, həmin xarici ölkələrin dini adətlərini də təbliğ edirlər. Bu da qanundakı boşluqdan irəli gəlir. Buna baxmayaraq, xaricdə təhsil almaq azaddır".

İsmayılov onu da qeyd edib ki, qanundakı boşluqlar nəticəsində müxtəlif dini tamaşalar göstərilir: "Məsələn, Aşura mərasimi zamanı qanundakı boşluqlarla əlaqədar dini tamaşalar göstərilir. Buna yol verilməməlidir. Eyni zamanda Aşura keçirilən yerlərə müxtəlif rəngli, qara və qırmızı rəngli bayraqlar gətirilir. Dini mərasimlərin keçirilməsi azad olsa da, bu mərasimlərdə müxtəlif atributlar olmamalıdır".

İsmayılov Dövlət Komitəsinin təklifini də açıqlayıb: "Təklif edirik ki, yalnız din xadimlərinə dini mərasimlərə dini atributların gətirilməsinə icazə verilsin. Qanunda dini atributlarla bağlı qadağa tətbiq olunacaqsa, bu zaman din xadimləri istisna edilsin".

İctimai birliklər və dini qurumlar komitəsinin sədri Siyavuş Novruzov isə bildirib ki, qanun layihəsinə əsasən dini mərasimlər din xadimləri tərəfindən keçiriləcək. Eyni zamanda, qanun layihəsində dini mərasimlər zamanı müxtəlif tamaşaların göstərilməsi də qadağan edilir.

Xəbər lenti
0