BAKI, 2 dek — Sputnik. NATO-ya üzv ölkələrin xarici işlər nazirləri Belçikanın paytaxtı Brüsseldə bir araya gəliblər.
Yığıncaqda önəmli qərara imza atılıb. Belə ki, şərqi avropa ölkəsi olan Monteneqronun da NATO-ya üzvlülüyü təsdiqlənib. Bununla da, alyansa üzv dövlətlərin sayı 29-a çatıb.
Toplantıdan sonra jurnalistlərə açıqlama verən baş katib Jens Stoltenberq, Monteneqronun NATO-ya üzvlüyünü tarixi qərar adlandırıb.