CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

Təhsildən yayınan şagirdlərin valideynləri cərimələnəcək

© muallim.edu.azşagird
şagird - Sputnik Azərbaycan
Abunə olmaq
Dünyəvi icbari ümumi orta təhsil üzrə dərs gününün şagird tərəfindən bir ay ərzində yeddi gündən çox buraxılmasına görə, şagirdin valideyni yüz manat miqdarında cərimə olunacaq.

BAKI, 2 dek-Sputnik. Azərbaycanda təhsildən yayınan şagirdlər üçün cərimə tətbiq olunacaq.

Sputnik xəbər verir ki, bununla bağlı İnzibat Xətalar Məcəlləsinə təklif olunan dəyişiklik layihəsi Milli Məclisin (MM) Hüquq siyasəti və dövlət quruculuğu və Dini qurumlar və ictimai birliklər komitələrinin birgə iclasında müzakirəyə çıxarılıb.

Məcəlləyə əlavə edilən 51.1-1 maddəsinə əsasən, müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi səbəblər istisna olmaqla dünyəvi icbari ümumi orta təhsil üzrə dərs gününün şagird tərəfindən bir ay ərzində yeddi gündən çox buraxılmasına görə, şagirdin valideyni yüz manat miqdarında cərimə edilir.

Layihə qəbul olunaraq MM-in plenar iclasına tövsiyə olunub.

Xəbər lenti
0