CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

Polisə əlavə səlahiyyətlər verilir

© AZƏRTACазербайджанские полицейские
азербайджанские полицейские - Sputnik Azərbaycan
Abunə olmaq
"Polis haqqında" qanuna təklif olunan əlavə layihəsi bu gün Milli Məclisdə Hüquq siyasəti və dövlət quruculuğu, Dini qurumlar və ictimai birliklər komitəsinin birgə iclasında müzakirəyə çıxarılacaq.

BAKI, 2 dek-Sputnik. Azərbaycanda terrorçuluqla mübarizə sahəsində polisə yeni səlahiyyət verilir.

Sputnik APA-ya istinadən xəbər verir ki, bununla bağlı "Polis haqqında" qanuna təklif olunan əlavə layihəsi bu gün Milli Məclisdə Hüquq siyasəti və dövlət quruculuğu, Dini qurumlar və ictimai birliklər komitəsinin birgə iclasında müzakirəyə çıxarılacaq.

Qanunun 26-cı maddəsinə (Polis tərəfindən fiziki qüvvənin, xüsusi vasitələrin və ya odlu silahın tətbiqi) təklif edilən əlavəyə əsasən, terrorçuluq və ya dini ekstremizm, yaxud dövlət Konstitusiya quruluşunun dəyişdirilməsi ilə bağlı cinayətlərin qarşısı alındıqda polis tərəfindən fiziki qüvvə, xüsusi vasitələr və ya odlu silahın tətbiq ediləcək.

Qanun layihəsi bu gün komitələrin birgə iclasında müzakirəyə çıxarılacaq.

Xəbər lenti
0