Уникальные бакинские здания, созданные в стиле модерн - Sputnik Azərbaycan
MƏDƏNİYYƏT
Azərbaycanın mədəni həyatında baş verən önəmli hadisələr

Rəşid Behbudovun 100 yaşı qeyd olunacaq

© kanal24Рашид Бейбутов - советский азербайджанский эстрадный и оперный певец, актёр. Народный артист СССР. Герой Социалистического Труда.
Рашид Бейбутов - советский азербайджанский эстрадный и оперный певец, актёр. Народный артист СССР. Герой Социалистического Труда. - Sputnik Azərbaycan
Abunə olmaq
Xalq artisti Rəşid Behbudovun anadan olmasının 100 illik yubileyinə həsr olunmuş tədbir keçiriləcək

BAKI, 1 dek — Sputnik. Azərbaycan Musiqi Mədəniyyəti Dövlət Muzeyində görkəmli müğənni, Azərbaycan Respublikasının xalq artisti Rəşid Behbudovun anadan olmasının 100 illik yubileyinə həsr olunmuş tədbir keçiriləcək. Bu barədə məlumatı Azərbaycan Respublikasının Mədəniyyət və Turizm Nazirliyi verib.

Rəşid Behbudovun anadan olmasının 100 illik yubileyinə həsr olunmuş tədbirı Azərbaycan musiqi mədəniyyəti dövlət muzeyi keçiriləcək.

Tədbir 2 dekabr 2015-ci il tarixində, saat 15:00-da Azərbaycan Musiqi Mədəniyyəti Dövlət Muzeyinin əsas binasında olacaqdır. Tədbirə giriş sərbəstdir.

Rəşid Behbudov Azərbaycan müğənnisi, SSRİ Xalq Artisti, SSRİ və Azərbaycan SSR Dövlət Mükafatları laureatı, Sosialist Əməyi Qəhrəmanı, Dağıstan MSSR-ın Xalq Artisti, Gürcüstan SSR-ın Əməkdar İncəsənət Xadimi. Rəşid Behbudov 1915-ci ildə Tbilisidə doğulub.

1943-cü ildə Bakıda qastrolda olarkən təsadüfən «Arşın mal alan» filminin yaradıcı qrupunun diqqətini çəkib və o, bu filmdə Əskər roluna dəvət alıb. 1946-cı ildə bu rola görə o, zamanın ən sayılan mükafatı olan SSRİ Dövlət Mükafatını alıb. Film 86 dilə çevrilib, 136 ölkədə göstərilib.

Rəşid bəy 1989-cu ildə 74 yaşında Moskvada dünya ilə vidalaşıb.

Xəbər lenti
0