BAKI, 1 dek — Sputnik. Hakimiyyət Nardaranda yumşaq gücdən istifadə etməlidir. Çünki Nardaranı kənd miqyasında dəyərləndirmək yanlış olar.
Bunu Sputnikə açıqlamasında politoloq Sülhəddin Əkbər deyib.
Onun sözlərinə görə, Nardaranda ciddi sosial tədbirlər görülməlidir:
"O zona xarici qüvvələrin təsirindən birdəfəlik xilas edilməlidir. Bu da ancaq hakimiyyətin ağıl işlətməsi ilə mümkündür. Zor gücü işlətmək heç bir fayda verməyəcək. Sosial tədbirlər gücləndirilməli, düzgün dini təbliğat işləri aparılmalıdır."
Sülhəddin Əkbər "hakimiyyət Nardaranla bağlı ayrıca siyasət aparmalıdır. Polis zorakılığı ilə o kənddə heç bir iş görülə bilməz" — deyə əlavə edib.