BAKI, 1 dek-Sputnik. Bərdədə 20 tondan çox yararsız ət aşkarlanıb.
Sputnik APA-ya istinadən xəbər verir ki, Kənd Təsərrüfatı Nazirliyi yanında Dövlət Baytarlıq Nəzarəti Xidmətinin rəisi vəzifələrini icra edən Azər Süleymanovun sözlərinə görə, yararsız ət Bərdədə iki böyük stasionar kamerada aşkarlanıb.
O bildirib ki, eyni zamanda Bakının Qaradağ rayonu ərazisində saxlanılan, Bərdədən gələn avtomaşının içərisində mənşəyi məlum olmayan 5 ton ət aşkar edilib.
Süleymanov qeyd edib ki, aşkarlanan 25 tondan çox ətdən nümunələr götürülür.