BAKI, 1 dek-Sputnik. Bu gündən etibarən Vahid Mürsəliyev "Azercell Telekom" MMC-nin prezidenti vəzifəsinə təyin edilib.
Sputnik xəbər verir ki, bu barədə "APA-Economics"ə "Azercell Telekom"dan bildirilib.
Mürsəliyev şirkətin Hüquq və idarə işləri departamentinin direktoru vəzifəsi ilə bərabər, cari ilin yanvar ayından şirkətin prezidenti vəzifələrinin icraçısı kimi fəaliyyət göstərib.
"Vahid Mürsəliyev prezident vəzifələrinin icraçısı kimi çalışdığı dövrdə şirkətə dərin sadiqliyini nümayiş etdirib. "Azercell Telekom"un tarixində ilk dəfə olaraq, azərbaycanlının prezident vəzifəsinə təyin olunması çox qürurvericidir. Yeni işində ona uğurlar arzulayıram" — deyə "TeliaSonera" şirkətinin Avrasiya regionu üzrə rəhbəri Emil Nilsson qeyd edib.
Mürsəliyev "Azercell Telekom" MMC-də 2005-ci ildən çalışır.