BAKI, 30 noy – Sputnik. "MDB ölkələrinin neft emalı və neft-kimya həftəsi" 19-cu illik konfransı 2015-ci il dekabrın 1-dən 3-dək Bakıda keçiriləcək. Bu barədə Ümumdünya neft emalı assosiasiyasından (World Refining Association) məlumat verilib.
19-cu konfransın işinin əsas istiqamətləri bunlardır:
— Neft emalı və neft-kimya sahəsində istehsalın yüksək səmərəliliyi məsələləri;
— MDB ərazisində məhsul çeşidinin və istehsal imkanlarının genişləndirilməsi üçün nəqliyyat, emal və satış sektorunda aktivlərin modernləşdirilməsi;
— MDB ölkələrində bazar payını sabit saxlamaq üçün neft-kimya zavodları və neft emalı zavodlarının rəqabət qabiliyyətinin saxlanması;
— MDB ərazisində böyük layihələrin idarə edilməsində ən yaxşı təcrübənin tətbiqi;
— Neft emalı və neft-kimya müəssisələrində təhlükəsizliyin təmin edilməsi üzrə normativ aktlar və texnologiya.
Konfrans iştirakçıları ilk gündə Bakı NEZ üzrə ekskursiyada olacaqlar. Ekskursiyanın gedişində SOCAR-nin rəhbər işçiləri müəssisədə modernləşmə və innovasiyaların tətbiqi ilə bağlı öz planlarını bölüşəcəklər.