1 mln manatadək qrant Ədliyyə Nazirliyindən yan keçib

© facebook/Sahib Mammadov / Mediabanka keçidSahib Məmmədov - Vətəndaşların Əmək Hüquqları Liqasının sədri
Sahib Məmmədov - Vətəndaşların Əmək Hüquqları Liqasının sədri - Sputnik Azərbaycan
Abunə olmaq
Vətəndaşların Əmək Hüquqları Liqasının sədri Sahib Məmmədov deyib ki, ABŞ-ın NED təşkilatı Azərbaycanda fəaliyyət göstərən QHT-lərə 871 578 dollar qrant ayırıb və bu vəsait Ədliyyə Nazirliyində qeydiyyatdan keçməyib.

BAKI, 30 noy —Sputnik. Amerika Birləşmiş Ştatlarının NED təşkilatı 2014-cü il ərzində Azərbaycanda fəaliyyət göstərən QHT-lərə 871 578 dollar qrant ayırıb.

Bu barədə Sputnik-ə Vətəndaşların Əmək Hüquqları Liqasının sədri Sahib Məmmədov deyib.

O bildirib ki, həmin qrantların heç biri Ədliyyə Nazirliyində qeydiyyatdan keçməyib: "NED təşkilatının rəsmi internet səhifəsi olan "ned.org" saytında 2014-cü ildə Azərbaycanda QHT-lərə ayrılan qrantın məbləği qeyd olunub. Lakin digər ölkələrdən fərqli olaraq, Azərbaycanla bağlı məlumatlarda qrant ayrılan təşkilatların və qrantların adı qeyd olunmayıb. Yalnız qrantların istiqamətini qeyd ediblər. Ermənistan, Gürcüstanla bağlı məlumatlarda isə təşkilatların adları da qeyd edilib".

Məmmədov həmin təşkilatların hər kəsə məlum olduğunu bildirib: "Azərbaycanda məhdudiyyətlər qoyulandan sonra xarici qrantların məbləği bir neçə dəfə artıb. Təbii ki, bunların heç biri qeydə alınmır və dövlətin nəzarətindən kənardadır".

Məmmədovun sözlərinə görə, məhdudiyyətlər tətbiq olunandan sonra ölkəyə daxil olan qrantlar iki dəfədən çox artıb. Buna baxmayaraq, həmin qrantlar qeydə alınmır və qeydiyyata təqdim edilmir.

Xəbər lenti
0