BAKI, 30 noy-Sputnik. Noyabrın 26-də Pekində Azərbaycan-Çin Ticarət-İqtisadi Əməkdaşlıq üzrə Hökumətlərarası Komissiyanın 5-ci iclası keçirilib.
Komissiyanın iclasına Azərbaycan tərəfdən Baş nazirin müavini Abid Şərifov və Çin tərəfdən kommersiya nazirinin müavini Con Şan sədrlik ediblər.
İclasda iki ölkə arasında ticari-iqtisadi sahədə əməkdaşlığa dair məsələlər, o cümlədən nəqliyyat, energetika, kənd təsərrüfatı və digər istiqamətlər üzrə əlaqələrin inkişafına dair mövzular müzakirə olunub.
Sputnik musavat.com-a istinadən xəbər verir ki, həmin görüşdən sonra Abid Şərifovun səhhətində kəskin problemlər yaranıb. Buna görə də digər nümayəndə heyəti Bakıya qayıtsa da o, nəzərdə tutulan zamanda Azərbaycana dönə bilməyib.
Abid Şərifov şəkər və qan təzyiqi xəstəliklərindən əziyyət çəkir. Görüşdən sonra onun vəziyyəti də məhz bu xəstəliklər səbəbindən pisləşib və o, Pekində dərhal xəstəxanaya yatırılıb.
Nazirlər Kabinetinin mətbuat xidmətinin rəhbəri Akif Əli bildirib ki, Abid Şərifovun səhhəti ilə bağlı yayılan məlumatdan xəbərsizdir.
Abid Şərifovun köməkçisi isə məlumatı nə təsdiq, nə də təkzib edib.