BAKI, 30 noy-Sputnik. Milliyyətçi Hərəkat Partiyasının (MHP) tanınmış isimlərindən biri, Türkiyənini sabiq daxili işlər naziri Meral Akşener növbədənkənar qurulutayın keçirilməsini dəstəklədiyini bildirib.
Sputnik "Milliyet" qəzetinə istinadən xəbər verir ki, Meral Akşener "Qurultayda partiya sədrliyinə namizədliyinizi irəli sürəcəksinizmi" sualına cavabında deyib: "İdeologiyamız, milliyyətçi hərəkat çiyinlərimizə hansı məsuliyyəti qoysa, onu daşımağa hazırıq".
Onun bu cavabını partiya sədrliyinə namizəd olmaq istəyi kimi qiymətləndirilir.
Bir müddət əvvəl partiya sıralarından xaric edilmiş partiya fəalı Sinan Oğan, həmçinin Koray Aydın növbədənkənar qurultayın keçirilməsi təklifi ilə çıxış ediblər. Onlar MHP sədri Dövlət Baxçalıya rəqib olacaqlarını bildiriblər.
Bu il iyunun 7-də Türkiyə Böyük Millət Məclisinə keçirilən seçkilərdə Meral Akşener İstanbuldan millət vəkili seçilmişdi. Noyabrın 1-də keçirilən növbədənkənar seçkidə isə MHP rəhbərliyi onun namizədliyini irəli sürməyib.